EN

Beynəlxalq səyyahların Şuşa şəhərinə səfəri başlayıb - Yenilənib

Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun üzvlərinin Şuşa şəhərinə səfəri başlayıb...

APA-nın Qarabağ bürosu xəbər verir ki, səyyahlar Qarabağ və Şərqi Zəngəzur səfəri çərçivəsində Füzuli rayonundan sonra Şuşaya gəliblər.

Qeyd edək ki, qrup 30 nəfərdən ibarətdir, onlardan 9-u dünyanın bütün - 193 ölkəsində olublar.

***

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Beynəlxalq səyyahlar klubu MTP-nin (Most Traveled People) Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

"Report"un müxbiri xəbər verir ki, nümayəndə heyətinə 15 ölkədən olan səyyahlar daxildir.

Qrupa klubun təsisçisi, amerikalı səyahətçi Çarlz Vili rəhbərlik edir.

Üç gün ərzində iştirakçılar Füzuli - Xocavənd - Şuşa - Xankəndi - Xocalı - Ağdam - Kəlbəcər - Laçın - Zəngilan - Cəbrayıl marşrutu üzrə səyahət etməyi planlaşdırırlar.

Səfərin məqsədi işğaldan sonra bərpa edilmiş ərazilərlə, həmçinin regionda aktiv şəkildə aparılan genişmiqyaslı tikinti işlərinin gedişatı ilə tanışlıqdır.

Qeyd edək ki, son dörd il ərzində beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzuru 13 dəfə ziyarət ediblər, səfərlər dünyanın ən böyük turizm klublarının dəstəyi ilə təşkil olunur.

Poliqon.info

Chosen
31
7
poliqon.info

10Sources