EN

Azərbaycan və Səudiyyə Ərəbistanı karbohidrogen sektorunda əməkdaşlıq potensialını nəzərdən keçirib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 10 iyul, AZƏRTAC

Vyanada OPEC tədbiri çərçivəsində energetika naziri Pərviz Şahbazovla Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud arasında görüş keçirilib.

Energetika Nazirliyinən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazovun şahzadə Əbdül Əziz bin Salman Əl-Səud ilə görüşündə OPEC+ formatı, eləcə də ikitərəfli formatda enerji əməkdaşlığı məsələləri müzakirə edilib. Birgə Texniki Komissiyanın bu ilə planlaşdırılan 4-cü iclasına toxunulub. Səudiyyə şirkətləri və SOCAR arasında karbohidrogen sektorunda əməkdaşlıq potensialı nəzərdən keçirilib.

Söhbət zamanı yaşıl enerji tərəfdaşlığı çərçivəsində layihələrin icra vəziyyəti də dəyərləndirilib. 240 meqavatlıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının ilin dördüncü rübündə istifadəyə verilməsi ilə bağlı məsələlər, həmçinin “SOCAR Green”, “ACWA Power” və “Masdar” şirkətlərinin birgə iştirakı ilə Xəzər dənizində 3,5 qiqavat gücündə külək enerjisi və digər bərpaolunan enerji layihələrinin icrasına dair fikir mübadiləsi aparılıb. Bu layihələrin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
9
azertag.az

10Sources