EN

Rusiya müdafiə nazirinin keçmiş müavini müflis elan oluna bilər

PSB Bank Rusiya müdafiə nazirinin keçmiş müavini Timur İvanova qarşı müflis olma prosesinin açılması tələbi ilə Moskva Arbitraj Məhkəməsinə müraciət edib.

Herbiand.az bildirir ki, bu barədə TASS sənədlərə istinadən xəbər verir.

Məhkəmə PSB Bankın İvanovun müflis elan edilməsi ilə bağlı ərizəsini qəbul edib və iş üzrə icraata başlanılması barədə qərar qəbul edib. İflas ərizəsinin etibarlılığına baxılması avqustun 21-də baş tutacaq.

Qeyd edək ki, iyulun 1-də Moskva Şəhər Məhkəməsi İvanovu 13 il müddətinə azadlıqdan məhrum edib. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. Bundan başqa, keçmiş hərbçi 100 milyon rubl məbləğində cərimə edilib və dövlət mükafatlarından məhrum edilib.

Martın ortalarında məlum olub ki, məhkəmələr onun əmlakına və ailəsinin ümumi dəyəri 2,5 milyard rubldan çox olan əmanətlərinə korrupsiya ilə bağlı cinayət işi çərçivəsində həbs qoyub.

Bəxtiyar CƏFƏRLİ

Chosen
6
1
herbiand.az

2Sources