Gecə saatlarında Quba-Xaçmaz yolunun Xaçmazın Yergüc kəndindən keçən hissəsində 16 yaşlı piyadanı "Mercedes" markalı avtomobil vurub.
Avtosfer.az bizim.media-ya istinadən xəbər verir ki, ağır xəsarət alan Amid Həmidov Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.
İlk tibbi yardımdan sonra yaralı Quba rayon mərkəzi xəstəxanasına göndərilib.
Qəzanın səbəbləri araşdırılır.