EN

Qarabağ və Şərqi Zəngəzura dünya səyyahlarının növbəti səfəri başlayıb

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

Bu gün Most Traveled People (MTP) beynəlxalq səyahətçilər klubunun üzvləri Qarabağ və Şərqi Zəngəzura səfərə çıxıblar.

Doğru.az xəbər verir ki, 15 ölkədən gələn səyyahlara klubun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Üç gün davam edəcək səfər çərçivəsində iştirakçılar Füzuli, Xocavənd, Şuşa, Xankəndi, Xocalı, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan və Cəbrayıl rayonlarına səfər edəcəklər.

Səfərin əsas məqsədi işğaldan azad olunmuş bölgələrin “dark tourism” – yəni münaqişə və fəlakət yerlərinə maraq çərçivəsində tanıdılması, həmçinin aparılan bərpa və quruculuq işləri ilə yerində tanışlıqdır.

Son dörd ildə bu ərazilərə beynəlxalq səyyahlar tərəfindən artıq 13 dəfə səfər təşkil olunub. Bu isə bölgəyə olan marağın getdikcə artdığını göstərir.

DOĞRU.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
72
dogru.az

1Sources