Bakı. Trend:
Ermənistanın Milli Təhlükəsizlik Xidməti "Daşnaksütyun"partiyasının üzvlərinin evlərində axtarış həyata keçirir.
Trend ErmənistanKİV-ə istinadən xəbər verir ki, axtarışlar partiya üzvü,parlamentin deputatı Qeqam Manukyan, partiyanın ali orqanınınaparat rəhbəri Vaqan Matinyan, “Yeğvard” icması şurasının üzvü,Ermənistan "Daşnaksütyun" Gənclər İttifaqının Mərkəzi İdarəsininsədri Gevorq Muradyanın evlərində aparılıb.
Əməliyyatın gedişində Qeqam Manukyanın telefonu müsadirə olunub,oğlu Taron Manukyan isə saxlanılıb.