EN

Bakıda 14 yaşlı qız itkin düşdü

Bakıda yeniyetmə qız itkin düşüb.

 

“Qafqazinfo” xəbər verir ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yaşayan E.Hüseynov 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək 14 yaşlı qızının itkin düşdüyünü bildirib.

 

O qeyd edib ki, iyunun 8-i saat 15 radələrində 2011-ci il təvəllüdlü qızı Rüqəyya Hüseynli birgə yaşadıqları evdən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.

 

Faktla bağlı Binəqədi RPİ-nin 4-cü PŞ-də araşdırma aparılır.

Chosen
7
10
senzor.az

10Sources