EN

Trampa sui-qəsd cəhdi: Məxfi xidmətin 6 agenti qovuldu

ABŞ Məxfi Xidmətinin 6 agenti 2024-cü ilin iyulunda Donald Trampa sui-qəsd cəhdi zamanı pozuntulara yol verdikləri üçün işdən kənarlaşdırılıb.

Publika.az xəbər verir ki, ABC-nin məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, qovulma müxtəlif səviyyələrdə - sıravi agentlərdən tutmuş şöbə rəhbərlərinə qədər işçilərə təsir edib.

Hadisə 2024-cü il iyulun 13-də, Pensilvaniya ştatının Butler şəhərində Trampın seçki kampaniyası zamanı 20 yaşlı Tomas Metyu Kruksun təhlükəsiz ərazidən kənarda binanın damında yerləşərək səhnəyə atəş açması zamanı baş verib. Hücum nəticəsində Tramp qulağından güllə yarası alıb, iştirakçılardan bir nəfər ölüb, iki nəfər yaralanıb. Hücumçu təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Telekanalın məlumatına görə, işdən çıxarılan bütün əməkdaşlara barələrində görülən tədbirlərdən şikayət etmək hüququ verilib.

Chosen
23
publika.az

1Sources