EN

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji sahəsində əməkdaşlığı müzakirə ediblər

Energetika naziri Pərviz Şahbazov Vyanada Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla görüş keçirib...

“APA-Economics” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Vyanada Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla səmərəli görüş keçirdik. Görüş zamanı ikitərəfli enerji gündəliyinin aktual məsələləri - Birgə TexnikiKomissiynın iclası, Səudiyyə şirkətləri ilə karbohidrogen sektorunda əməkdaşlıq, 240 MVt gücündə külək elektrikstansiyası|nın istismara verilməsi, dənizdə 3,5 QVt-lıq külək enerjisi və digər layihələrin icrası ilə bağlı müzakirələr apardıq”, - paylaşımda qeyd olunub.

Poliqon.info

Chosen
24
17
poliqon.info

10Sources