Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” bu gün I təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Msport.az xəbər verir ki, komanda Sloveniyanın “Selye” kollektivini qəbul edəcək.
“Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. Qazaxıstandan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma İctimai TV kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 17-də Sloveniyada keçirəcək.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
10 iyul
20:00. “Sabah” (Azərbaycan) – “Selye” (Sloveniya)
Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Kalaçyov, Saken Bayimbet (hamısı Qazaxıstan)
VAR hakimləri: Bastien Deşepi (Fransa), Aidin Tassibayev (Qazaxıstan)
“Bank Respublika Arena”