Ağdərədə mina partlayışı olub.
Day.Az-ın yerli müxbirinin əldə etdiyi ilkin məlumata görə, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.
Belə ki, Şıxarx qəsəbə sakini Quliyev Qulu Tufan oğlu mina partlaması nəticəsində xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.