EN

İqtisadiyyat və Humanitar Kollecdə yeni rəhbərlik kollektivə təqdim olundu

BAKI, 10 iyul. TELEQRAF

9 iyul tarixində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrləri ilə Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecə yeni təyin olunan direktor Hicran Əyyubova, tədris işləri üzrə direktor müavini Gülnar Kərimova və tərbiyə işləri üzrə direktor müavini Firuzə Fərmanlı kollektivə təqdim olunublar.
Təqdimat mərasimində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, eləcə də Agentliyin məsul rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən Ülkər Səttarova yeni rəhbər heyəti kollektivə təqdim edərək bu təyinatların kollecin fəaliyyətində yeni inkişaf mərhələsinin başlanğıcı olduğunu vurğulayıb.
Ü.Səttarova çıxışında tədrisin keyfiyyətinin artırılması, idarəetmədə şəffaflığın təmin olunması və tələbəyönümlü yanaşmanın gücləndirilməsinin əsas prioritetlər olduğunu nəzərə çatdırıb. O, yeni rəhbərliyin peşəkarlığı və idarəçilik təcrübəsinin bu hədəflərə çatmaqda mühüm rol oynayacağına inamını ifadə edərək, müasir təhsil yanaşmalarının tətbiqi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.
Tədbirin sonunda kollektivin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcək fəaliyyət istiqamətləri üzrə bir sıra məsələlər müzakirə olunub.

Chosen
50
1
teleqraf.com

2Sources