
Ağdərə rayonunda bir nəfər minaya düşüb.
Reyting.az xəbər verir ki, Şıxarx kənd sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu rayonun Həsənqaya adlı ərazisində mal-qara otaran zaman mina partlayıb.
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.