EN

Bakıda "Prado" avtobusa çırpıldı

Bakıda yağışlı hava şəraiti qəzaya səbəb olub.

Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu Şıxəli Qurbanov küçəsində qeydə alınıb.

Belə ki, "Toyota Prado" markalı avtomobil ilə "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu toqquşub.

Hadisə zamanı nəqliyyat vasitələrinə ziyan dəyib. Sərnişinlər avtobusdan düşürülüb. (Oxu.az)

Bizim.Media

Chosen
19
8
bizim.media

10Sources