EN

Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

ain.az bildirir, Azertag portalına istinadən.

Füzuli, 10 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Onlar ilk olaraq Füzuli şəhərinə gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərin ilk günündə Səyyahlar Füzuli Beynəlxalq Hava limanı ilə tanış olublar. Ardına onlar işğal dövründə dağıdılan ərazilərə baxıb, eyni zamanda azad edilən Füzulidə dövlətimizin apardığı tikinti-quruculuq işlərinin şahidi olublar.

Qeyd edək ki, 15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili rəhbərlik edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.

Qeyd edək ki, beynəlxalq səyahətçilər son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə səfər ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
35
12
azertag.az

10Sources