TƏRTƏR, 10 iyul. TELEQRAF
Tərtərdə 46 yaşlı kişi minaya düşüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Tərtər rayonu Şıxarx kənd sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu Həsənqaya ərazisində heyvan otararkən minaya düşüb.
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.