EN

ABŞ yenidən Ukraynaya raketlər göndərməyə başlayıb

Azpost portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Ukraynaya mobil raket sistemləri üçün 155 mm-lik artilleriya mərmiləri və GMLRS idarəolunan raketlərin tədarükünə başlayıb.

AzPost-un məlumatına görə, bu barədə adının açıqlanmasını istəməyən iki amerikalı məmur Reuters agentliyinə bildirib.

Bu, prezident Donald Tramp administrasiyasının Kiyevə bəzi kritik silah tədarükünü dayandırmasından bir neçə gün sonraya təsadüf edir.

Trampın özü deyib ki, dayandırılma barədə dəqiq kimin əmr verdiyini bilmir. O, Ukraynaya müdafiə xarakterli silahların göndərilməsini artıracağını vəd edib.

Rəsmilər dəqiq neçə mərmi və raketin göndərildiyini və ya daşınmanın tam olub-olmadığını dəqiqləşdirməyiblər. Digər növ silahların, o cümlədən zenit sistemlərinin tədarükünün bərpa edilib-edilməyəcəyi hələlik məlum deyil.

Ötən həftə 30 Patriot raketinin, 8500-dən çox 155 mm-lik artilleriya mərmisinin, 250-dən çox GMLRS idarə olunan raketinin və 142 Hellfire hava-yer raketinin dondurulduğu məlumdur.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
1
azpost.info

2Sources