EN

Böyük Britaniya və Fransa nüvə sahəsində bəyannamə imzalayacaq

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük Britaniya və Fransa iyulun 10-da iki dövlətin nüvə çəkindirmə vasitələrinin koordinasiyası haqqında bəyannamə imzalayacaqlar.

"Report" xəbər verir ki, bu barədə AFP yazır.

Agentliyin sənədə istinadən verdiyi məlumata görə, rəsmi Paris və London bəyan edəcək ki, iki ölkənin nüvə çəkindirmə vasitələri müstəqil qalmaqla yanaşı, "koordinasiya edilə bilər".

May ayında məlum olub ki, Britaniya hökuməti öz nüvə arsenalını genişləndirməyi planlaşdırır. London bu səbəbdən ABŞ-dan B61 nüvə bombalarını daşıya bilən F-35A qırıcılarının alınması ilə bağlı danışıqlar aparırdı. Hazırda Britaniya nüvə silahları Vanguard tipli dörd atom sualtı qayığında yerləşdirilib.

Mart ayında isə Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, Paris 2035-ci ilədək Rusiyanı "çəkindirmə" strategiyası çərçivəsində nüvə başlıqlı hipersəs raketləri və yeni nəsil qırıcıları yerləşdirəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
1
azpolitika.info

10Sources