EN

Uimbldon Open-də yarımfinalçılar məlum oldu

Bakı. Trend:

Mövsümün üçüncü “Böyük Dəbilqə” turniri olan Uimbldon Open-dəbütün yarımfinalçılar müəyyənləşib.

Trend xəbər verirki, kişilər arasında Novak Cokoviç (Serbiya) və Yannik Sinner(İtaliya) yarımfinala yüksələn idmançılar olublar.

Dünya reytinqində birinci yerdə olan Sinner amerikalı Ben Şeltonüzərində asan qələbə qazanıb – 7:6 (7:2), 6:4, 6:4. Cokoviç isədigər italiyalı raket ustası Flavio Kobbolini 4 setlik mübarizədəməğlub edib – 6:7 (6:8), 6:2, 7:5, 6:4.

Qadınların turnirində isə Polşanı təmsil edən İqa Şvyontek vəİsveçrədən Belinda Bençiç yarımfinala vəsiqə qazanıblar. Şvyontekrusiyalı rəqibini rahatlıqla 6:2, 7:5 hesabı ilə məğlub edib. Digərrusiyalı tennisçi Mirra Andreyeva isə gərgin oyunda Bençiçə 6:7(3:7), 6:7 (2:7) hesabı ilə uduzub.

Qeyd edək ki, yarımfinal qarşılaşmalarına bu gün startveriləcək. Qadınlar arasında final iyulun 13-də, kişilər arasındaisə iyulun 14-də keçiriləcək.

Chosen
37
az.trend.az

1Sources