EN

3 min manata maşın almaq olar - Bu tarixdə satışa çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən 2 sentyabr tarixlərində müxtəlif nəqliyyat vasitələri açıq hərraca çıxarılacaq.

Publika.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Bu nəqliyyat vasitələrinin ən ucuzunun start qiyməti 3 min manat, ən bahalısının start qiyməti isə 14 min manatdır.

Qeyd edək ki, sifarişlər ƏMDX-in Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Chosen
23
31
publika.az

10Sources