EN

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinə yeni rəhbər təyin edilib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İstanbul, 10 iyul, Günel Karatepe, AZƏRTAC

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri vəzifəsinə təyin edilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsi ölkənin xarici işlər nazirinin müavini professor Burhanettin Durana həvalə edilib.

Qeyd olunan vəzifə dəyişiklikləri Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı sənədə əsasən, rəsmi qəzetdə - “Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
59
6
azertag.az

7Sources