EN

“Qalatasaray”da növbəti AYRILIQ

“Qalatasaray” futbolçusu Taylan Antalyalı ilə yolları ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin iyununa qədər olan müqavilə qarşılıqlı razılaşma ilə ləğv edilib.

Türkiyə millisinin sabiq üzvü 2019-cu ildən “Qalatasaray”ın sıralarında idi. O, bu müddətdə “Anakaragücü”, “Samsunspor” və “Bodrum”da icarə də oynayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
7
8
bizim.media

9Sources