“Atletiko”dan ayrılan Reinildo Mandavanın yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, müdafiəçi “Sanderlend”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mozambikli müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
“Sanderlend” yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.