EN

Atası kimi İngiltərədə oynayacaq

Footbal-plus portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Çexiya yığmasının sabiq qapıçısı Petr Çexin oğlu Damian atasının yolunu davam etdirəcək.Atası kimi özü də qapıçı olan Damian ilk peşəkar müqaviləsini imzalayıb. O, İngiltərə klubu “Fulhem”in oyunçusu olub. Bu barədə futbolçu instaqram hesabında məlumat verib. 16 yaşlı Çexlə bağlanan müqavilənin müddəti 2027-ci ilin yayına qədər qüvvədə olacaq.Xatırladaq ki, ata Çex futbolçi karyerasını 2019-cu ildə başa vurub. O, premyer-liqada ən çox “quru” oyun keçirən qapıçı rekorduna sahibdi. 43 yaşlı Petr futbolla vidalaşsa da, idmançı karyerasını davam etdirir. O, 2019-cu ildən indiyə kimi İngiltərədə hokkey komandalarından birinin qapıçısı, eyni zamanda məsləhətçisidi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
22
1
icma.az

2Sources