Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında təşkil olunan Dünya Kubokunun 1/32 final mərhələsi start götürüb.

Offsideplus.az xəbər verir ki, yarışda mübarizəni davam etdirən Azərbaycanın hər iki şahmatçısı - Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva uduzub.

Sabah təmsilçilərimiz ikinci görüşlərini keçirəcəklər. Şahmatçılarımız cütün taleyi tay-breykə saxlamaq üçün sabah mütləq qalib gəlməlidirlər.

Qeyd edək ki, yarışın ilkin mərhələsində digər xanım idmançılarımız - Gövhər Beydullayeva və Xanım Balacayeva mübarizəni dayandırıblar.

Turnirin qalibinə 50 min ABŞ dolları mükafat veriləcək.

Dünya Kuboku, 1/32 final

Birinci oyunlar

Gülnar Məmmədova (2352) - Polina Şuvalova (2480, FIDE) 0:1

Lela Javaxişvili (2432, Gürcüstan) - Ülviyyə Fətəliyeva (2372) 1:0