EN

Rusiya Elşən İbrahimovu deportasiya etdi

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Moskva vilayəti Azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, İbrahimov növbəti reyslə Moskvanın Şeremetyevo şəhərindən Bakıya uçur.

İyulun 4-də İbrahimov ölkədə olma qaydalarını pozduğuna görə saxlanılıb və vətəndaşlıqdan məhrum edilib. Onun yaxın vaxtlarda ölkədən deportasiya olunacağı bildirilirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
2
bakivaxti.az

3Sources