EN

Valideyn məsuliyyətsizliyi ağır yol qəzasına səbəb oldu Yük maşını taksi ilə toqquşdu VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Yola qaçan uşaq ağır yol qəzasına səbəb olub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Tver şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Belə ki, Spartak küçəsində hərəkətdə olan “Sitrak” markalı yük maşınının sürücüsü anidən yola qaçan uşağı vurmamaq üçün manevr edərək əks istiqamətə çıxıb və qarşıdan gələn taksi şirkətlərinin birinə məxsus avtomobillə toqquşub. Zərbənin təsirindən minik avtomobilinin ön hissəsi əzilib. Qəza nəticəsində sürücü və qadın sərnişin xəsarətlər alıb. Əzilmiş avtomobildə sıxılı vəziyyətdə qalan qadın sərnişin xilasedicilərin köməkliyi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Tver şəhəri üzrə Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin verdiyi məlumata görə, qəzaya səbəb olan uşağın anası müəyyən edilib. O, qızı ilə birlikdə polis şöbəsinə dəvət edilib.

Polisdən bildirilib ki, 1996-cı il təvəllüdlü qadın həmin gün uşaqları ilə Spartaka küçəsində yerləşən klinikaya gəlib və ziyarətdən sonra onlar səki ilə Qapoşvar meydanına tərəf gediblər. Qadın su almaq üçün yolu keçib və uşaqları ərinin bacısının yanına qoyub. Mağazadan çıxarkən qız qaçaraq onu qarşılamaq istəyib və həmin anda da hadisə baş verib.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
avtosfer.az

1Sources