EN

Kiçik Ançelotti də Braziliyaya yollandı

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Braziliya yığmasının çalışdırıcısı Karlo Ançelottinin oğlu Davide də atasının yollandığı ölkədə qərar tutub.35 yaşlı məşqçi “Botafoqo”da işləyəcək. Rio de Janeyro klubunun rəsmi saytı onunla müddəti 2026-cı ilin dekabrına qədər nəzərdə tutulan müqavilə imzalandığını açıqlayıb. Qeyd edək ki, Davide Ançelotti indiyədək atasının rəhbərlik etdiyi “Real”da, sonra isə Braziliya millisində məşqçilər heyətində çalışıb.“Botafogo” iyunun 30-da portuqaliyalı mütəxəssis Renato Payvanın baş məşqçi vəzifəsindən azad olunduğunu elan etmişdi. Bu qərar klubun Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində “Palmeyras”a 0:1 hesablı məğlubiyyətindən sonra verilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
icma.az

2Sources