EN

Hindistanda hərbi təyyarə qəzaya uğradı: bir pilot həlak oldu

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə ölkənin Racastan ştatında qəzaya uğrayıb. Hadisə yerli vaxtla saat 13:25 radələrində Çuru bölgəsinin Bhanoda kəndində baş verib. Təyyarə kənd təsərrüfatı sahəsinə düşüb.

KONKRET.az xəbər verir ki, təyyarədə iki pilot olub. Onlardan biri hadisə yerində həyatını itirib, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində fövqəladə xidmətlər və rəsmi qurumların əməkdaşları işləyir. Qəzanın səbəbləri araşdırılır, rəsmi istintaq başladılıb.

Natiq Səlim,
KONKRET.az

Chosen
19
konkret.az

1Sources