EN

Sarkisyan həbs edildi

"Ermənistan" fraksiyasından olan deputat Artur Sarkisyan həbs edilib.

Demokrat.az xəbər verir ki, müvafiq qərarı İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinin hakimi Artak Karapetyan verib.

Müxalif deputat iki ay müddətinə həbs olunub.

Bir gün əvvəl Sarkisyan parlament baş prokurorun deputat toxunulmazlığından məhrum edilməsi barədə vəsatətini təmin etdikdən dərhal sonra könüllü olaraq İstintaq Komitəsinə yollanıb.

Chosen
37
4
demokrat.az

9Sources