EN

Nazim Sadıxov sabiq çempionla döyüşmək istəyir

BAKI, 9 iyul. TELEQRAF

Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov qarşılaşmaq istədiyi rəqibi açıqlayıb.

Teleqraf xəbər verir ki, 31 yaşlı idmançı instaqram hesabında Maks Holloueylə üz-üzə gəlmək istədiyini yazıb.

“Ən böyük arzum Maks Holloueylə ilə döyüşməkdir. Ümid edirəm ki, o təqaüdə çıxmadan bu döyüş baş tutar. Bəlkə də BMF kəməri uğrunda?”, - deyə Sadıxov bildirib.

Qeyd edək ki, Nazim Sadıxov iyulun 21-də Bakıda təşkil olunan UFC turnirində braziliyalı Nikolas Mottanı nokaut edib. Onun MMA karyerasında keçirdiyi 13 döyüşdə 11 qələbə, bir heç-heçə və eynisayda məğlubiyyəti var. Maks Hollouey isə 34 görüşün 26-da qələbə qazanıb, 8-də uduzub. O, yarım yüngül çəkidə sabiq kəmər sahibidir.

Chosen
59
teleqraf.com

1Sources