EN

Ermənistanda qarşıdurma gücləndi: Kilsə Paşinyanla müharibəyə hazırlaşır?

Ermənistanın baş naziri Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı atdığı addımlar ölkə daxilində ciddi qarşıdurma yaratmaqla yanaşı, xarici sifarişlərin icrası kimi qiymətləndirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Pravoslav İttifaqının rəhbəri El-Morr açıqlama verib.

Onun sözlərinə görə, Paşinyan hökuməti Qərbin dəstəyi ilə Ermənistanı Rusiya və digər müttəfiqlərlə tarixi əlaqələrdən uzaqlaşdırmağa çalışır:

“Bu, bir çox Şərqi Avropa ölkələrində xüsusilə, Ukrayna, Moldova və Rumıniyada müşahidə edilən tendensiyadır. Məqsəd kilsəni zəiflətmək və milli dəyərlərə zərbə vurmaqdır”.

El-Morr əlavə edib ki, iş adamı Samvel Karapetyanın son həbsi də bu kampaniyanın bir hissəsi kimi qiymətləndirilə bilər. O xatırladıb ki, Ermənistan hakimiyyəti ilə kilsə arasındakı münasibətlər 2018-ci ildə, Paşinyan hakimiyyətə gəldikdən sonra gərginləşməyə başlayıb. Gərginlik 2020-ci il Qarabağ müharibəsindən sonra zirvəyə çatıb. Həmin vaxt bütün ermənilərin katolikosu II Qaregin Paşinyanı sərt tənqid etmiş və istefasını tələb etmişdi.

“Elə bir daxili qarşıdurma yaşanır ki, bir tərəf mədəni və mənəvi irsi qorumağa çalışır, digər tərəf isə Ermənistanı Qərbin təsiri altına salmağa can atır”, – El-Morr bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
10
1
konkret.az

2Sources