EN

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları təsdiqləndi

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları və abidələrin pasportunun nümunəvi forması təsdiqlənib.

Herbiand.az">Herbiand.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, daşınmaz abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şuşa şəhərinin ərazisində yerləşən daşınmaz abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi həyata keçirəcək.

Daşınmaz abidənin pasportu (bundan sonra – pasport) bu Qaydalara uyğun olaraq verilən və müvafiq olaraq “Daşınmaz abidələrin pasportunun nümunəvi forması”nda (bundan sonra – Nümunəvi forma) göstərilən məlumatları özündə əks etdirən vahid sənəddir.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir və bu Qaydalarda nəzərdə tutulmuş hallar istisna olunmaqla onda dəyişiklik edilməsinə yol verilmir.

Daşınmaz abidələrin pasportlaşdırılması ilə bağlı xərclər dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

Daşınmaz abidələr üzərində aparılacaq əsaslı təmir-bərpa, konservasiya, rekonstruksiya, regenerasiya və digər işlərin layihəsi hazırlanarkən həmin abidənin pasportundakı məlumatlara istinad oluna bilər.

Bu qaydalar tətbiq edilənədək tərtib olunmuş pasportlar bu qaydalara uyğun tərtib olunmuş pasportlara bərabər tutulur.

Pasport Nümunəvi formaya əsasən kompüter üsulu ilə tərtib olunur.

Elektron qaydada tərtib olunan pasportun mətni Azərbaycan Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 33-cü hissəsinə uyğun olaraq “Arial” 12 şrifti ilə A4 formatda bir və ya bir yarım sətirarası intervalla yazılmalıdır.

Pasport elektron və kağız daşıyıcıda dövlət orqanında (qurumunda) saxlanılır.



Chosen
60
15
herbiand.az

10Sources