EN

Gürcüstandan 28 əcnəbi çıxarılıb

ain.az, Ayna saytına istinadən bildirir.

Çıxarılan şəxslərin ölkəyə yenidən girişi qadağan edilib

Son günlər Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin və nazirliyin müvafiq idarələrinin yaxından əlaqələndirilməsi ilə həyata keçirilən kompleks tədbirlər nəticəsində 28 əcnəbi vətəndaş ölkədən çıxarılıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu barədə məlumatı Gürcüstan DİN yayıb.

Nazirliyin məlumatına görə, bu ölkələrin vətəndaşları ölkədən çıxarılıb: Azərbaycan, Belarus, Misir, İraq, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, İsrail, Pakistan, Rusiya və Çin.

"Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin ölkəyə yenidən girişi qadağan edilib. Gürcüstan DİN-in Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiya ilə mübarizə aparan orqandır. Onun səlahiyyətlərindən biri də Gürcüstanda qanuni əsaslar olmadan olan əcnəbi vətəndaşların müəyyən edilməsi və onların ölkədən çıxarılmasıdır", - məlumatda qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
ayna.az

1Sources