EN

Çörəyin qiyməti ilə bağlı

Bakıda və Abşeronda unun topdansatış qiyməti azalıb. Bu çörəyin qiymətinə necə təsir edəcək? İqtisadçı Xalid Kərimli Metbuat.az-a açıqlamasında bildirib ki, çörəyin qiymətində hər hansı bir dəyişiklik gözlənilmir: “Çünki qiymətlərdə 1 manat 50 qəpikdən, maksimum 2 manatdan söhbət gedir. Yəni 50 kiloqramlıq un kisəsi 2 manat ucuzlaşıbsa, bu da bir kiloqrama 4 qəpik edir. 600 qramlıq çörəkdə bu, cəmi iki qəpik fərq deməkdir. Ona görə də bu cür azalma çörəyin satış qiymətinə təsir göstərməyəcək”. X.Kərimlinin sözlərinə görə, çörək zavodlarının digər xərcləri artıb: “Məsələn, bu ilin yanvarından etibarən işıq və qazın qiymətləri artırılıb, keçən ilin iyul ayından dizel yanacağının qiyməti bahalaşıb. Dizel yanacağı isə həm çörəyin daşınmasında, həm də zavodların fəaliyyətində mühüm rol oynayır. Eyni zamanda, minimum əməkhaqqı da yanvarın 1-dən 16 faiz artırılıb. Bu, işçilər üçün sevindirici olsa da, sahibkarların qeyri-un, qeyri-material xərclərini yüksəldir. Bütün bu amilləri nəzərə alsaq, unun qiymətindəki bu cüzi azalma çörəyin qiymətinə təsir etməyəcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
24
2
metbuat.az

3Sources