EN

Daşınmaz abidələrin pasportlaşdırılması qaydaları təsdiq edilib

Bakı. Trend:

“Daşınmaz abidələrin pasportlaşdırılması Qaydaları” və “Daşınmazabidələrin pasportunun nümunəvi forması” təsdiq edilib.

Trend xəbərverir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Sənədə əsasən, bu Qaydalar Azərbaycan Respublikası ərazisindədövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyətabidələrinin (bundan sonra – daşınmaz abidələr) pasportlaşdırılmasıqaydalarını müəyyən edir.

Daşınmaz abidələrin pasportlaşdırılmasını Mədəniyyət Nazirliyi,tabeliyindəki dövlət qoruqlarının ərazisində Dövlət TurizmAgentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” DövlətTarix-Etnoqrafiya qoruqlarının ərazisində “İçərişəhər” DövlətTarix-Memarlıq Qoruğu İdarəsi və Şuşa şəhərinin ərazisində yerləşəndaşınmaz abidələrə münasibətdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi(bundan sonra – dövlət orqanı (qurumu) həyata keçirir.

Daşınmaz abidənin pasportu (bundan sonra – pasport) bu Qaydalarauyğun olaraq verilən və müvafiq olaraq “Daşınmaz abidələrinpasportunun nümunəvi forması”nda (bundan sonra – Nümunəvi forma)göstərilən məlumatları özündə əks etdirən vahid sənəddir.

Pasport Azərbaycan Respublikasının mülkiyyətidir və buQaydalarda nəzərdə tutulmuş hallar istisna olunmaqla ondadəyişiklik edilməsinə yol verilmir.

Daşınmaz abidələrin pasportlaşdırılması ilə bağlı xərclər dövlətbüdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələrhesabına maliyyələşdirilir.

Daşınmaz abidələr üzərində aparılacaq əsaslı təmir-bərpa,konservasiya, rekonstruksiya, regenerasiya və digər işlərinlayihəsi hazırlanarkən həmin abidənin pasportundakı məlumatlaraistinad oluna bilər.

Bu Qaydalar tətbiq edilənədək tərtib olunmuş pasportlar buQaydalara uyğun tərtib olunmuş pasportlara bərabər tutulur.

Qərarla daha geniş şəkildə bu link vasitəsilə tanış olmaq mümkündür.

Chosen
39
15
az.trend.az

10Sources