EN

Texasda daşqınlardan sonra rəqəmlər dəyişir: Yarım milyondan çox insan...

ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərin sayı azı 110 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə CBS-yə yerli hakimiyyət orqanları məlumat verib.

Bildirilir ki, təkcə Kerr qraflığında 161 nəfər, digər əyalətlərdə isə ən azı 12 nəfər itkin düşüb, 110 nəfər ölüb.

ABŞ Milli Meteoroloji Xidməti Kerr qraflığının bir neçə şəhəri üçün daşqınla əlaqədar təcili xəbərdarlıq edib.

Bölgədə yarım milyondan çox insan daşqın təhlükəsi altındadır. Dövlət orqanları “dağıdıcı daşqın”la mübarizə üçün bütün mövcud resursları, o cümlədən Milli Qvardiyanı göndərir.

Chosen
58
publika.az

1Sources