EN

Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı

"X" sosial platformasının süni intellekt tətbiqi "Grok", mübahisəli məzmuna görə Türkiyədə bloklanıb.

Publika.az xəbər verir ki, bu barədə "Cumhuriyet" məlumat yayıb.

Bildirilir ki, "Grok" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və çoxsaylı istifadəçini təhqir edib. Böhrandan sonra Ankara Respublika Baş Prokurorluğu "Grok" haqqında istintaq prosesi başladıb.

"Grok"un son yeniləmədən sonra istifadəçiləri və üçüncü şəxsləri hədəf alan təhqiramiz cavablar verdiyi iddia edilib. Tətbiqin rəsmi "X" hesabı da açıqlama yayıb. Bəyanatda nalayiq yazıların silinməyə başlandığı bildirilib:

"Biz "Grok"un son yazılarından xəbərdarıq və hər hansı uyğun olmayan yazıları silmək üçün fəal şəkildə çalışırıq."

Chosen
56
publika.az

1Sources