EN

Səngəçalda sürücü səkidə dayanan ana və qızını vurdu; biri öldü VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qaradağ rayonu, Səngəçal qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az-ın məlumatına görə, bədbəxt hadisə iyulun 9-da səhər saatlarında qeydə alınıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə səhər saat 11:00 radələrində Bakı-Qazax yolunun 46-cı kilometrliyində Səngəçal qəsəbəsi ərazisində baş verib: “Belə ki, 99-AU-092 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü Yaqubov Elnur Eynulla oğlu idarəetməni itirib. Nəticədə yoldan çıxan maşın səkidə dayanan ana və qızını vurub. Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Bədirova İradə Müslüm qızı dünyasını dəyişib, mərhumun qızı - 2004-cü il təvəllüdlü Bədirova Gülnar Rəsul qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
avtosfer.az

1Sources