EN

Kürşat Zorlu: Azərbaycan həm Türk dünyasında, həm də islam aləmində lokomotiv rolunu oynayır

Azərbaycan da Türkiyə kimi həm Türk dünyasında, həm də islam aləmində lokomotiv rolunu oynayır.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Ankara millət vəkili və Türk Dövlətləri ilə Əlaqələr qurumunun rəhbəri Kürşat Zorlu bildirib.

Bu yaxınlarda Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi heyətlə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə toplantısında iştirak etdiyini vurğulayan K.Zorlu Azərbaycanın Türk və islam və dünyasını bir araya gətirməsini təqdir edib.

“Bu, bir daha sübut etdi ki, Azərbaycan da Türkiyə kimi həm Türk dünyasında, həm də islam aləmində lokomotiv rolunu oynayır”, - o vurğulayıb.

K.Zorlu əlavə edib ki, Türk Dövlətləri ilə Əlaqələr qurumu digər Türk dövlətlərində də yaradılsa, Türk dünyası daha da yaxınlaşar:

"Bu qurum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tövsiyələri ilə yaradılıb. Biz Türk dünyasının güclənməsinə çox böyük önəm veririk. AK Parti nəzdində Türk Dövlətləri ilə Əlaqələr qurumunun yaradılması ilə həm də Türk dövlətlərindəki hakim partiyaların, eləcə də xalqların bir-biri ilə əlaqələri daha da yaxınlaşacaq".

Qeyd edək ki, bu gün Ankarada TDT-yə üzv və müşahidəçi ölkələrin mədəniyyət və turizm nazirlərinin, həmçinin müvafiq nümayəndə heyətləri rəhbərlərinin 10-cu toplantısı keçirilib.

Chosen
102
report.az

1Sources