Ötən gün MHP sədri Dövlət Baxçalı İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) barədə aparılan korrupsiya istintaqı ilə bağlı məhkəmə prosesinin TRT-də canlı yayımlanmasını təklif edib.
Viral.az “Hürriyet”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün TBMM-də partiyasının qrup toplantısından sonra jurnaslistlərə açıqlamasında məsələyə münasibət bildirib.
O, təklifə müsbət yanaşdığını söyləyib: “Cənab Baxçalı belə bir fikir bildiribsə, məncə bu, olduqca gözəl təşəbbüsdür, xeyirli olar”.
Son Yazılar:
- Ərdoğan İmamoğlu ilə bağlı bu təkliflə razılaşdı
- ADY “Çin Dəmir Yolları” ilə Anlaşma Memorandumu İMZALADI
- Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşdi
Qeyd edək ki, canlı yayım məsələsinin reallaşıb-reallaşmayacağı yaxın günlərdə bəlli olacaq.
Xatırladaq ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bu ilin martında “cinayətkar təşkilatın lideri olmaq”, “cinayətkar təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət alma, fırıldaqçılıq”, “şəxsi məlumatların əldə edilməsi” ittihamları ilə həbs edilərək vəzifəsindən uzaqlaşdırılıb.