EN

Xərçəng halları artacaq: Onkoloqdan XƏBƏRDARLIQ

İbrahim Əsədli: Xərçəngin kökü bilinən, amma müalicəsi əngəllənən xəstəlikdir

Onkoloji xəstəliklərin sayının artması ölkənin ümumi ekoloji vəziyyəti ilə birbaşa əlaqəlidir

Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub.
Məlumata əsasən onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub.
Qeyd edilib ki, 2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub.

Onkoloq İbrahim Əsədli Sherg.az-a bildirdi ki, Azərbaycanda onkoloji xəstəliklərin sayının artması ölkənin ümumi ekoloji vəziyyəti ilə birbaşa əlaqəlidir:

“Xüsusilə Bakı şəhərində ekoloji durumun ciddi şəkildə pisləşməsi müşahidə olunur. Burada ətraf mühitin çirklənməsi, kimyəvi toksinlərlə yüklənmə, fiziki mühitin toksiki təsirlərə məruz qalması və intensiv stress faktorları mühüm rol oynayır. Xərçəng xəstəliyinin əsas etioloji amillərindən biri daxili bioloji mühitin pozulması və homeostazın dağılması ilə bağlıdır. Bu baxımdan, onkoloji xəstəliklərin yayılma tendensiyasının artacağı proqnozlaşdırılır. Xərçəng xəstəliyinin müalicəsi mövcuddur və bu iki əsas istiqamətdə həyata keçirilir. Birinci istiqamət rəsmi protokollarla müəyyən olunmuş müalicə metodlarını, cərrahi müdaxilə, kimyaterapiya və şüa terapiyasını əhatə edir. Bu üsullar əsasən simptomatik xarakter daşıyır və xəstəliyin əsas səbəblərinə yönəlmir. İkinci istiqamət isə xəstəliyin etiologiyasına yönəlmiş köklü müalicə yanaşmalarını əhatə edir ki, bu da alternativ onkologiya sahəsində inkişaf etdirilən müxtəlif metodlarla ümumilikdə 500-dən artıq, daha effektiv hesab edilən 100-dən çox və xüsusi olaraq homeopatik yanaşmalarla həyata keçirilir. Lakin bu alternativ metodların əksəriyyəti müxtəlif səbəblərdən rəsmi protokollara daxil edilmir və geniş tibbi tətbiqdən kənarda qalır. Bu isə xərçəng xəstəliyinin müalicəsində ciddi problemlərin mövcudluğuna səbəb olur. Nəticə etibarilə, xərçəng prinsipal olaraq müalicəolunan xəstəlikdir. Onun həm səbəbləri, həm də effektiv müalicə üsulları məlumdur. Lakin bunların tətbiqində sistemli və normativ maneələr mövcuddur”.
Chosen
102
2
sherg.az

3Sources