EN

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı açıqlanıb

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı Bakı və Gəncə şəhərlərində yerləşən bəzi məktəblərdə üstünlük hüququ tətbiq olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, prioritet hüququ tətbiq edilən məktəblərin siyahısı aidiyyəti yerli təhsili idarəetmə orqanları tərəfindən təsdiqlənərək vətəndaşlara www.mektebeqebul.edu.az portalı vasitəsilə təqdim edilib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur və qeydiyyat prosesi sentyabrın 12-dək davam edəcək.

Prioritet tətbiq edilən məktəblərin siyahısı ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
20
azertag.az

10Sources