EN

Pakistan:Rusiya bütün dünyaya sanksiyaları məğlub etdiyini sübut etdi- ÖZƏL

Rusiya bütün dünyaya göstərdi ki, o, sanksiyalarla mübarizə aparır və onun iqtisadiyyatı yaxşı işləyir.

Olaylar xəbər verir ki,bu barədə  Pakistanın Baş nazirinin sənaye məsələləri üzrə xüsusi köməkçisi Harun Axtar Xan bildirib.

"Bilirsiniz, mən düşünürəm ki, Rusiya sübut etdi və dünyaya göstərdi ki, bu sanksiyalara baxmayaraq, hər şey yaxşı gedir," - deyə o, sanksiyaların ikitərəfli əməkdaşlığa və neft tədarükünə təsir edib-etmədiyinə dair suala cavab verərkən bildirib.

"Mən artıq iki gündür ki, Rusiyadayam və burada böyük kommersiya aktivliyi müşahidə edirəm. Hava limanı dolu idi, həyatımdə heç vaxt bu qədər dolu hava limanı görməmişdim. Bu isə o deməkdir ki, ticarət fəaldır. İnsanların bilet almağa pulu var. Magistral yollar doludur. Pik saatlar var. Bütün bunlar onu göstərir ki, iqtisadiyyat sanksiyalara baxmayaraq yaxşı işləyir," - deyə Pakistan baş nazirinin xüsusi köməkçisi izah edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
28
olaylar.az

1Sources