EN

AYİB nümayəndələri AMB-də üzən faiz dərəcəli istiqrazlar mövzusunda təqdimat keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankında Avropa Yenidənqurma və İnkişafBankının (AYİB) nümayəndələri tərəfindən yerli maliyyə qurumlarınınəməkdaşları üçün üzən faiz dərəcəli istiqrazlar mövzusunda təqdimatkeçirilib.

Trend AMB-əistinadən xəbər verir ki, görüş zamanı son illərdə banklararası pulbazarının inkişafı istiqamətində görülmüş işlər, AZİR indeksi vəonun hesablanmasında tətbiq edilən yeni metodologiya, eləcə də buindeksin pul siyasətinin transmissiyasında artan rolu barədə genişməlumat verilib. Yerli kapital bazarında milli valyutada üzən faizdərəcəli istiqrazların emissiyası zamanı AZİR indeksinin istinadfaiz dərəcəsi kimi tətbiqi ilə bağlı məsələlər ətraflı şəkildənəzərdən keçirilib, bu istiqamətdə iştirakçıların çoxsaylı suallarıcavablandırılıb.

Görüş çərçivəsində həmçinin “2024-2026-cı illərdə maliyyəsektorunun inkişaf Strategiyası”nda nəzərdə tutulan mühümistiqamətlərdən biri kimi kapital bazarının dərinliyininartırılması və alət diversifikasiyası baxımından milli valyutadaüzən faiz dərəcəli istiqrazların əhəmiyyəti vurğulanıb və buistiqamətdə AYİB tərəfindən yerli tərəfdaşlarla əməkdaşlığın bundansonra da davam etdiriləcəyi qeyd olunub.

AYİB
AYİB
AYİB
Chosen
17
az.trend.az

1Sources