EN

Türkiyədə növbəti prezident seçkisi 2028-ci ildə keçiriləcək

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin 2028-ci ildə keçiriləcəyini və erkən seçki məsələsinin gündəmdə olmadığını bəyan edib.

TurkicWorld xəbər verir ki, Ərdoğan bu fikirləri Ədalət və İnkişaf Partiyasının (AK Parti) iclasında çıxışı zamanı səsləndirib.

O, həmçinin ölkədə keçiriləcək prezident və bələdiyyə seçkilərinin dəqiq tarixlərini açıqlayıb.

"Prezident və parlament seçkiləri 2028-ci ildə, bələdiyyə seçkiləri isə 2029-cu ildə keçiriləcək," – deyə Türkiyə lideri bildirib.

Chosen
37
turkic.world

1Sources