ain.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyanada keçirilən 9-cu Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Beynəlxalq Seminarında (“OpecSeminar”) iştirak edib. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarında dayanıqlı enerji təchizatının təmin olunmasında investisiyaların vacibliyi, Azərbaycanın enerji trilemmasında və Avropaya neft-qaz təchizatında oynadığı strateji rol, eləcə də karbohidrogenlərin qlobal enerji balansındakı gələcək mövqeyi ilə bağlı fikirlərimizi bölüşdük", - o qeyd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.