EN

Türkiyə Azərbaycan Universitetində “Açıq qapı” günü keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

Türkiyə-Azərbaycan Universitetində (TAU) “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə abituriyentlər və onların valideynləri iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, prorektor Mehmet Şimşir abituriyentlər və valideynlərlə görüşərək onları maraqlandıran sualları cavablandırıb.

TAU-da tədris prosesinə Türkiyədən Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Haccettepe Universiteti, Azərbaycandan isə Azərbaycan Texniki Universiteti tərəfdaş kimi cəlb olunub.

Yeni tədris ilində universitetdə kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə tədris aparılacaq. Bütün ixtisaslar üzrə tədris ingilis dilində həyata keçiriləcək.

Bu təhsil müəssisəsinə tələbə qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin qaydaları əsasında aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
40
azertag.az

1Sources