EN

Finlandiya və Litva 10 minlərlə piyada əleyhinə mina istehsal etməyi planlaşdırır

Litva və Finlandiya gələn il Rusiyadan gələn hərbi təhlükə fonunda öz istifadələri və Ukraynaya tədarük etmək üçün piyada əleyhinə minaların yerli istehsalına başlamağı planlaşdırır.

Herbiand.az bildirir ki, bu barədə hər iki ölkənin nümayəndələri Reuters agentliyinə bildiriblər.

“Rusiya ilə həmsərhəd olan iki ölkə bu cür minaların istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxmaq niyyətlərini açıqladılar və rəsmilər konvesiyadan çıxmaq üçün altı aylıq prosesin başa çatmasından sonra istehsalın başlaya biləcəyini söylədilər”, - məqalədə vurğulanır.

Qeyd olunur ki, müqaviləyə qoşulmayan Rusiyaya qarşı özünü daha yaxşı müdafiə etmək üçün Ukrayna da Ottava Konvensiyasından çıxdığını bəyan edib.

Bəxtiyar CƏFƏRLİ

Chosen
31
herbiand.az

1Sources