EN

PKK 11 iyulda Süleymaniyyədə silahları təhvil verməyə başlayır- ÖZƏL

Türkiyədə qadağan olunmuş Kürd Fəhlə Partiyasının (PKK) silahlıları 11 iyul tarixində İraqın Süleymaniyyə şəhərində silahların təhvil verilməsi prosesinə başlayacaq. Olaylar.az xəbər verir ki, bu barədə jurnalistlərə prokürd yönlü DEM partiyasının mətbuat katibi Ayşegül Doğan məlumat verib.
"Bu hadisəni tarixi bir an, tarixi bir olay kimi qiymətləndiririk. Proses bütün tərəflərin iştirakı ilə öz axarı ilə davam edir. Biz DEM partiyasının nümayəndə heyəti olaraq 11 iyulda Süleymaniyyədə PKK-nın silah təhvilvermə mərasimində iştirak edəcəyik və bu konkret addımın şahidi olacağıq", - deyə Doğanın sözlərini T24 xəbər portalı sitat gətirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
45
olaylar.az

1Sources